BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahını ziyarət edib.

QHT.az xəbər verir ki, təşkilatın qərargahı və orada təsis olunan tədqiqat mərkəzinin şəraiti ilə tanış olan xanım Andreevaya Təşkilatın icra etdiyi layihələr haqqında ətraflı məlumat verilib.

Səfər zamanı həmçinin Qoşulmama Hərəkatı gənclərinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində gördüyü işlər və bu sahədə BMT qurumları ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

Pərvanə Fərhadqızı