Böyük Britaniya alimləri Antarktidada isti dalğaları və ya kütləvi buzların əriməsi kimi ekstremal iqlim hadisələrinin iqlim istiləşdikcə daha tez-tez və şiddətlənəcəyini proqnozlaşdırırlar. 

QHT.az xəbər verir ki, Antarktida və Cənubi Okeanda baş verən ekstremal hadisələr, o cümlədən hava, dəniz buzu, okean temperaturu, buzlaq və buz şelf sistemləri, quru və dəniz biomüxtəlifliyi ilə bağlı məlumatları nəzərdən keçiriblər. Onlar Antarktidanın kövrək mühitinin yaxın illərdə və onilliklərdə əhəmiyyətli stresə və ziyana məruz qala biləcəyi qənaətinə gəliblər.

2022-ci ildə Şərqi Antarktida dünyanın ən böyük qeydə alınmış isti dalğasını yaşadı və bu zaman temperatur orta səviyyədən 38,5 dərəcə yuxarı qalxdı. Qış aylarında dəniz buzlarının əmələ gəlməsi hal-hazırda rekord həddə ən aşağı səviyyədədir.

Antarktidada gələcək ekstremal hadisələrin indikindən daha qabarıq olacağı demək olar ki, dəqiqdir.

 

Pərvanə Fərhadqızı