Çinin paytaxtı Pekində fırtına nəticəsində meydana gələn seldə 33 nəfər həyatını itirib. Yerli media 18 nəfərin itkin düşdüyünü açıqlayıb.
QHT.az xəbər verir ki, güclü tufan və leysan yağışları daşqınlara səbəb olub. Məlumata görə, 1 milyon 290 min insan seldən zərər çəkib. 59 min evin dağıldığı, 147 min evə ciddi ziyan dəydiyi açıqlanıb.
Pərvanə Fərhadqızı












