İşğaldan azad olunmuş Qarabağda şəhərlər və kəndlər yenidən qurulur.
İşlər sıfırdan da başlamır. Çünki ermənilərin xaraba qoyduğu əraziləri sıfır halına gətirmək üçün də bir xeyli iş görmək, viran qalmış əraziləri erməni pisliyindən təmizləmək lazımdır. Daha sonra yenidən tikmək və qurmaq işinə başlamalısan. Eyni zamanda ərazilərin tarixi simasını qorumaq, müasir imkanları özündə ehtiva edən sosial və digər infrastruktur təmin olunmalıdır. Əhali üçün evlər tikilir, inzibati idarəetmə binaları, sosial, təhsil, səhiyyə və digər xidmət sahələri üçün təminatlar yaradılır.
Bütün bu quruculuq işləri Azərbaycan dövlətinin öz imkanları sahəsində həyata keçirilir. Bu bir missiyadır. Bu missiya bütövləşən və bərpa olunan Azərbaycan missiyasıdır. Və bu missiya Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. İlham Əliyev təkcə bu işə rəhbərlik etmir. Qurulan hər bir binanın, ərazinin ən xırda detalına qədər nəzarət edir və tapşırığını verir. İlham Əliyevin gücü həm də ondadır ki, onun arxasında Azərbaycan xalqı dayanır və bu tarixi missiyanı həyata keçirməkdə ona güvənir, arxa durur və onunla birlikdədir.
Laçın günü ilə bağlı Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevanın səfərli əsnasında yeni qurulan Laçını, insanların qayıdışını görməklə Qarabağın yaxın zamanda bərpa olunacağını və həmin regionun Azərbaycanın ən inkişaf etmiş bölgəsinə çevriləcəyinə bir daha əmin olduq.
Sevindirici məqamlardan biri və ən əsası isə odur ki, Laçına qayıdanlar arasında uşaqlar və məktəblilər də var. Bu isə yeni bir nəslin - Qarabağda yaşayacaq, böyüyəcək, təhsil alacaq bir nəslin yetişməsidir.
Bu nəslin qəlbində şirin və xoş xatirələr, sevincli və gözəl günlər olacaq.
Günün(M)üz mübarək!
Günün(M)üz mübarək!
Cəsarət Hüseynzadə,
"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək "İctimai Birliyinin sədri










