QHT.az xəbər verir ki, tədbirdə Azərbaycan Dəmir Yolları (ADY), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Milli Məclis, COP29 Azərbaycan Prezidentliyi və Asiya İnkişaf Bankından olan yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Onlar dayanıqlı nəqliyyatın inkişafı istiqamətində müxtəlif mövzularda çıxışlar ediblər və bu sahədə gələcək planlar və strategiyaları əks etdirən hesabatlar təqdim olunur. Tədbirdə dayanıqlı nəqliyyatın əhəmiyyəti və qlobal iqlim dəyişikliyinə qarşı mübarizədəki rolu vurğulanır.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir müavini Elmin Məmmədov, СОР29 Nazir müavini, Energetika Nazirliyində Baş icraçı direktor Elnur Soltanov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Milli Məclisin deputatı Sadiq Qurbanov çıxış edirlər.










