Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Avropa Birliyinin maliyyələşdirdiyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Azərbaycanda Vətəndaş İştirakçılığının Gücləndirilməsi” layihəsi çərçivəsində vacib bir tədbir keçiriləcək.
QHT.az xəbər verir ki, cari ilin oktyabrın 23-də, QHT-lər üçün "Azərbaycanda ətraf mühitinin qorunması və iqlim dəyişikliyi proseslərində vətəndaş cəmiyyətinin rolu" mövzusunda bir günlük dəyirmi masa təşkil olunacaq.
Tədbir zamanı iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması və bu sahədə vətəndaş cəmiyyətinin rolu müzakirə ediləcək. Dəyirmi masanın əsas məqsədi QHT-lərin bu mühüm mövzularda iştirakını artırmaq, onların ətraf mühitin qorunmasında daha fəal iştirak etməsi üçün yolları müzakirə etməkdir.










