Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində “Təbii fəlakətlər zamanı düzgün davranış qaydalarının təbliğ olunması” mövzusunda “dəyirmi masa” keçirib.

 

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivi iştirak edib.

 

Tədbir zamanı meşələrdə və taxıl sahələrində yanğın təhlükəsizliyi qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

 

Həmçinin, yanğınların qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanaraq, sözügedən məsələdən insanların zərər görməməsi üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyi qeyd edilib