Ermənistan parlamentində deputatlar arasında dava olub.

 

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Məlumata görə, “Hayastan” (“Ermənistan”) fraksiyasından olan deputat Mqer Saakyan parlament binasından çıxarılıb. Onun hakim fraksiya deputatı Artur Ovhannisyanı döydüyü bildirilir:

 

“Parlamentin spikeri Simonyan da orada olub. Ofisdən qışqırıq səsləri eşidilib. Simonyan jurnalistlərin ərazidən çıxarılmasını əmr edib”.