Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov bildirib ki, Mərkəz tərəfindən Rəqəmsal Marketinq və SMM kurslarına start verilir.
QHT.az xəbər verir ki, bu kurs çərçivəsində iştirakçılara aşağıdakı istiqamətlər üzrə peşəkar təlimlər təklif olunur:
-
Video montaj və redaktə;
-
Foto redaktə və dizayn;
-
Video çəkiliş texnikaları;
-
Sosial media idarəetməsi;
-
Sahə üzrə peşəkar dəstək xidmətləri.
Kursu uğurla başa vuran iştirakçılara yalnız nəzəri biliklər deyil, həm də işlə təmin olunmaqda dəstək göstəriləcək. Bu, əlilliyi olan şəxslər üçün yeni peşə sahibi olmaq və əmək bazarında öz yerini tapmaq üçün böyük bir fürsətdir.
Əlavə olaraq, qeyd edək ki, kurslar əlilliyi olan şəxslər üçün tamamilə ödənişsizdir.






