Alimlərin fikrincə, bu əsrdə böyük bir vulkan püskürməsi ehtimalı hər 6-da birdir və bəşəriyyətin buna hazır planı yoxdur. İqlimşünas Markus Stoffelin sözlərinə görə, belə bir hadisə 1815-ci ildə Tambora vulkanının püskürməsi kimi "iqlim xaosuna" səbəb ola bilər. Həmin püskürmə atmosferə qaz, toz və qaya buraxaraq qlobal temperaturun düşməsinə gətirib çıxardı.

QHT.az xəbər verir ki, 21-ci əsrin potensial meqavulkanı qalıq yanacaqlardan asılılığın yaratdığı problemləri daha da ağırlaşdıracaq. Vulkanoloq Thomas Aubrey-nin tədqiqatlarına görə, daha isti atmosferdə kükürd dioksid və sulfat aerozolları daha sürətlə yayılaraq səthin soyumasını artıracaq.

Araşdırmalara əsasən, keçmişdəki böyük püskürmələr planeti müvəqqəti olaraq 1-1,5°C soyudub. Alimlər belə ssenarilərin öyrənilməsinin siyasətçilərə və ictimaiyyətə hazırlıq planları yaratmaqda kömək edəcəyinə ümid edirlər. Dr. Obrinin sözlərinə görə, iqlim dəyişikliyi buzlaqların əriməsi ilə yeraltı maqmanın təzyiqini dəyişərək vulkanların davranışını da təsir edə bilər.

 

R. İmanov