Bakıda “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” mövzusunda təlim keçirilib.
QHT.az xəbər verir ki, tədbir Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin təşkilatçılığı ilə baş tutub.
Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Səbinə Salmanova və Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev təlimdə ekspert qismində iştirak ediblər. Onlar təlimin keçirilməsinin məqsədi və qayəsi barədə iştirakçılara ətraflı məlumat veriblər. Ekspertlər çirkli pulların yuyulması və və terrorçluğun maliyyələşdirilməsi məsələsində vətəndaş cəmiyyəti qurumlarından istifadə edildiyinə diqqət çəkiblər.
Təlimə müxtəlif QHT, ictimai birliklər və fondların rəhbərləri də qatılıblar. Onlar çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparılması ilə bağlı öz fikirlərini səsləndiriblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbir sual-cavab bölümü ilə yekunlaşıb












