Rafik Bəyverdiyev 1998-ci il iyunun 1-də Qusar rayonunun Cibir kəndində anadan olub. 2005-2016-cı illərdə Qusar rayonunun Cibir kənd orta məktəbində təhsil alıb. Subay idi.
Rafiq Bəyverdiyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlananda, Rafiq Bəyverdiyev SHXÇDX-yə müraciət edib və müharibəyə yollanıb. Silah yoldaşları tərəfindən Rembo Rafik ləqəbini qazanıb. Rafik Bəyverdiyev oktyabrın 20-də şəhid olub, nəşi isə erməni tərəfində qalıb. Noyabrın 17-də nəşi qarşı tərəfdə götürüldü və ailəsinə təhvil verildi. Qusar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rafik Bəyverdiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.












