Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ramin Kərimli 1999-cı il dekabrın 17-də İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 28 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Ramin Kərimli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!






