Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində anadan olub və jurnalistika sahəsində cəsarətli fəaliyyəti ilə tanınıb.
QHT.az xəbər verir ki, o, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən prosesləri işıqlandırmaq üçün dəfələrlə cəbhə bölgələrinə səfər edib. Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Yevlax–Laçın yolunda erməni terrorçularının pusqusu nəticəsində şəhid olub.
Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.






