BMT-nin Apellyasiya Tribunalı UNOPS mənzil investisiyası qalmaqalı ilə bağlı qərarında bildirib ki, keçmiş yüksək vəzifəli şəxs Vitali Vanşelboym günahkar olsa da, 60 milyon dollardan çox vəsaitin itirilməsinə görə bütün məsuliyyət yalnız onun üzərinə qoyula bilməz.
QHT.az xarici mediaya istinadən bildirir ki, tribunal aşağı instansiya məhkəməsinin Vanşelboymun maliyyə itkilərinə görə tam məsuliyyət daşıdığı barədə qərarını ləğv edib. Qərarda qeyd olunur ki, təşkilat rəhbərliyi də lazımi araşdırma və nəzarəti təmin etməyib.
Apellyasiya Tribunalı hadisə ilə bağlı daha geniş məsuliyyətin müəyyənləşdirilməsi üçün müstəqil araşdırma aparılmasına çağırıb.
“Bu miqyasda itkilər yalnız bir nəfərin nöqsanları nəticəsində baş verməyib”, – tribunalın qərarında vurğulanıb.






