Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Africa CDC) Pandemiya Fondunun icraedici qurumu statusunu əldə edib. Bununla da qurum bu statusu alan ilk Afrika İttifaqı institutu və Afrika İnkişaf Bankından sonra ikinci Afrika təşkilatı olub.
QHT.az xarici mediaya istinadən bildirir ki, Dünya Bankının ev sahibliyi etdiyi Pandemiya Fondu aşağı və orta gəlirli ölkələrin pandemiyalara hazırlığını və cavab imkanlarını gücləndirmək üçün yaradılıb.
Akkreditasiya Africa CDC-yə fondun maliyyə resurslarını birbaşa idarə etmək imkanı verir. Qərar qəbul olunmazdan əvvəl qurumun idarəetmə, maliyyə nəzarəti və əməliyyat imkanları qiymətləndirilib.
Bu statusun Africa CDC-nin pandemiyalara hazırlıq sahəsində layihələri daha səmərəli həyata keçirməsinə və maliyyə vəsaitlərinə birbaşa çıxış əldə etməsinə şərait yaradacağı bildirilir.






