BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim Fəaliyyəti üzrə xüsusi məsləhətçisi cənab Endryu Harper, 18-20 sentyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək İtki və Zərər Fondu İdarə Heyətinin üçüncü iclasında müşahidəçi kimi iştirak etmək üçün Azərbaycana səfər edəcək. Səfər çərçivəsində cənab Harper 20 sentyabrda ADA Universitetinin qonağı olacaq.

QHT.az xəbər verir ki, o, "İqlim Böhranının Təsirləri: Didərginlik və Artan Risklər" mövzusunda təşkil olunacaq xüsusi sessiyada çıxış edəcək. Tədbir çərçivəsində Harper iqlim dəyişikliyinin həssas qruplara təsiri barədə danışacaq və auditoriyanın suallarını cavablandıracaq. Bu sessiya "29 İqlim Söhbəti: COP29-a Gedən Yol" təşəbbüsünün bir hissəsi olaraq keçiriləcək və iqlim böhranının insanlara olan təsiri ilə bağlı əsas məsələləri əhatə edəcək.