Bu gün qadınların sülh danışıqlarında və münaqişədən sonrakı sülh quruculuğunda məcburi iştirakına səbəb olacaq və gender əsaslı vəhşiliklərə görə cəzasızlığa son qoyacaq köklü dəyişikliklərə ehtiyac var. Bu ehtiyacların son dövrlər aradan qaldırılması üçün dilimizə yeni beynəlxalq termin əlavə olunub ki, bu da “qadın diplomatiyası” adlanır.
Qeyd edək ki, bu günə kimi qadınların sülh yaratmada iştirakı ilə bağlı 20 ildən artıq bir müddətdir ki, yüksək kürsülərdə müzakirələr aparılır. Bu və ya buna bənzər fikirləri BMT-nin Qadınlara məsul olan rəsmiləri dəfələrlə səsələndiriblər. Məlum olduğu kimi bununla bağlı BMT-nin 1325 qətnaməsi də mövcuddur. Ancaq üzərindən 20 ildən çox zaman ötməsinə baxmayaraq hələ də nəticələrdə bir dəyişiklik yoxdur. O zaman belə bir sual meydana gəlir. Əgər keçən 24 il müddətində bu sahədə hər hansı bir irəliləyiş yoxdursa, “qadın diplomatiyası” bu problemin çözülməsində hər hansı bir gücə malik olacaqmı? Ümumiyyətlə “ qadın diplomatiyası” özündə nəyi ehtiva edəcək?
İlkin olaraq onu qeyd edək ki, Təhlükəsizlik Şurasının açıq müzakirəsinin təşəbbüskarları qətnamənin qəbul edilməsini onunla əsaslandırırdılar ki, qadınlar bu günə qədər bütün dünyada silahlı münaqişələrdən ən çox əziyyət çəkən cəmiyyətin bir hissəsi olaraq qalırlar. Onların hüquqlarının ciddi şəkildə pozulması davam edir və onlar sülh və təhlükəsizlik məsələləri ilə bağlı qərar qəbul etməkdən kənarlaşdırılmaqda və kənarda qalmaqda davam edirlər. Son iyirmi ildə gender bərabərliyi sahəsində bir sıra tarixi yeniliklərə şahidlik etdiyini vurğulayan gender ekspertləri bildiriblər ki, danışıqlar masası arxasında nümayəndə heyətlərinin tərkibində dəyişikliklərə səbəb olmayıb, bu mənada qadınlara və qızlara qarşı vəhşiliklərə görə cəzasızlığa son qoyulsun. Bu halda qadın diplomatiyasının formalaşması mövcud olan problemlərin həllinə hansı şəkildə töhvə verəcək.
Qadın diplomatiyası - sülh quruculuğunun xüsusi bir forması kimi təqdim edilir və qadınların təcrübələri onun istifadəsini göstərir. Bir çox ekspertlərin fikrincə sülh quruculuğunda qadınların verdiyi töhvələri ümumiləşdirmək üçün xüsusi potensial var və bu insanlar arasında və etnik əlaqələr üçün dialoq zəmindir. Qadınların idarə edilməsi ilə bağlı diplomatiya layihələri onların inklüzivliyə meylini başa düşmək, münaqişənin mahiyyəti və onun daha çox geniş başa düşülməsi yüksək dərəcədə müsbət təsirlərə malikdir. Bundan əlavə, qadınların təhlükəsizliyinə qarşı mübarizədə gender dinamikasını və onun gender təsirlərini başa düşməyə imkan verir.
Nümunə üçün qeyd edək ki, sərhəd qonşumuz olan Gürcüstanda qadın diplomatiyası ilə bağlı mövcud sənəd hazırlanıb. Sənəd Gürcüstan, Abxaziya və Osetiya arasında mövcud olan dondurulmuş münaqişənin həllində qadın icmaları arasında dialoqun yaranmasını özündə ehtiva edir. Sənəddə ilkin bölüm dondurulmuş münaqişələr, xalqlararası diplomatiya və sülh quruculuğunda qadınların rolu ilə bağlı konseptual və nəzəri çərçivəni təsvir edir. İkincisi bölüm, metodoloji strategiyanı və empirik materialı təqdim edir. Üçüncü bölmədə qadınların sülh quruculuğunda inkişaf etdirdiyi rol təhlil edilir. Onların töhvələrini təqdim etmək üçün Gürcüstan qadın təşkilatları tərəfindən hazırlanmış təşəbbüslər vasitəsilə qadından qadına diplomatiya konsepsiyasını təqdim edir. Təhlillər göstərir ki, mövcud səylər millətlərarası dialoqu təkminləşdirə bilsə o zaman münaqişənin qurbanı deyil, fəal kimi qadın təşkilatına fayda verə, bu prosesləri rəsmi danışıqlarla əlaqələndirmək imkanları qazana bilər. Gürcüstan və separatçı Abxaziya və Cənubi Osetiya əraziləri arasında qeyri-bərabər sosial və institusional imkanlarla bağlı problemlər, eyni zamanda perspektivli təşəbbüslərin uzunmüddətli davamlılığı üçün mövcud olan maneələr bu konsepsiyanın inkişafına ciddi problemlər yaradır. Ancaq aparılan tədqiqatlar göstərir ki, münaqişənin transformasiyası, icmalararası dialoq, eləcə də dondurulmuş münaqişələrdə sülhün qurulması problemləri ilkin olaraq sürətli olmasa da zamanla ciddi töhfələrə gətirib çıxarır.
Nəticə etibarı ilə bu günə kimi qəbul olunmuş sənədləşmələrə rəğmən münaqişələrin həlli və sülhün qurulmasına həsr olunmuş əksər institusional mexanizmlər hələ də qadınların iştirakını maneə törədir və ya bunu formallığa əsaslanan bir iş kimi qəbul edir.
Reallıqlar isə tamamilə başqa aspektlərə söykənir. Bu reallıqlar isə azda olsa ancaq qadın diplomatiyası ilə nəticələnən müsbət təcrübələrin varlığını bir daha təsdiqləyir.
Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadınlar Sülh uğrunda” layihəsi çərçivəsində hazırlanıb.
Məqalədə əks olunan fikirlər ictimai birlliyə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.






