Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, mina aksiyası proqramı çərçivəsində dünyanın aparıcı təşkilatlarının nümayəndələri ilə mütəmadi görüşlər keçirib.
QHT.az xəbər verir ki, bu görüşlərdə İsveçrə Minalarla Mübarizə Fondunun (FSD) Əməliyyatlar üzrə rəis müavini xanım Angele Disantis, Minaların Qadağası üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursat Koalisiyasının (ICBL-CMC) direktor müavini Kasia Derlicka və Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasının İcrasına Dəstək Bölməsinin direktoru Xuan Karlos iştirak ediblər.
Görüşlərdə mina təmizləmə işləri, mina qurbanlarının dəstəklənməsi və mina təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzularına toxunulub. Beynəlxalq mütəxəssislərlə aparılan müzakirələr, Azərbaycanın mina təhlükəsi ilə mübarizədə beynəlxalq dəstəyi necə artıracağını və bu sahədə əldə edilən irəliləyişləri müzakirə etməyə imkan yaratdı.
Umud Mirzəyev görüşlər zamanı, beynəlxalq təşkilatların təcrübələrindən yararlanaraq, Azərbaycan daxilində mina təmizləmə fəaliyyətlərini daha da irəlilətmək və mina qurbanlarının hüquqlarını qorumaq üçün yeni strategiyaların hazırlanmasına ehtiyac olduğunu vurğuladı.
Pərvanə Fərhadqızı






