Qara dəniz qədim dövrlərdən bəri müxtəlif sivilizasiyalar üçün nəqliyyat dəhlizi olmuşdur. Dənizi əhatə edən regionlar qədimdən bəri beynəlxalq ticarətdə aktiv iştirak etdiyinə görə Qara dəniz tez-tez nəqliyyat keçidi kimi istifadə olunub. Bu regionlara qərbdə Balkan yarımadası, şimalda Avrasiya stepləri, şərqdə Qafqaz və Orta Asiya regionu, cənubda Kiçik Asiya və Mesopotamiya regionu, cənub-qərbdə isə Yunanıstan daxildir.
Qədimdən bu günümüzə kimi hər zaman müxtəlif sahələrdə müxtəlif formatlarda Xəzəryanı ölkələrin Qara Dəniz ölkələri ilə əlaqələrinin qurulması, inkişaf etdirilməsi həmişə aktual olub. Rəsmi Bakı bu gündə digər beynəlxalq təşkilatlar kimi Qara Dəniz ölkələri ilə əməkdaşlığa maraqlıdır və bu əməkdaşlıq ötən dövr ərzində ölkələr arasında siyasi və iqtisadi münasibətlərin dərinləşməsi, Xəzər dənizindən Aralıq dənizinə qədər olan böyük bir məkanda regional əməkdaşlığın genişlənməsi işinə öz layiqli töhfəsini verib.. Məhz bu səbəbdən yola çıxaraq, Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutlarının da digər beynəlxalq sferalarda uğurlu fəaliyyətləri kimi, Qara Dəniz hövzəsi ölkələri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri ilə ikili və çoxtərəfli əlaqələri mövcuddur və istiqamətdə uğurlu münasibətlər bu gündə davam etməkdədir.
Xatırladaq ki, Azərbaycan qeyri-hökümət təşkilatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumu 2012-ci ilin noyabr ayında Bakıda keçirilib. Forumun məqsədi quruma üzv ölkələrin QHT-ləri arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təcrübəsinə vətəndaş cəmiyyəti institutlarının potensialının sərf edilməsi olub.
Demokratik dəyişikliklərin geniş vüsət aldığı müasir dövrdə vətəndaş cəmiyyəti institutlarının lokal, regional və beynəlxalq miqyasda cərəyan edən proseslərə təsir imkanları artıq xeyli artıbdır. Onlar bu gün sülhün və təhlükəsizliyin qorunmasında, xalqlar arasında əlaqələrin güclənməsində, habelə irimiqyaslı layihələrin həyata keçirilməsində özünəməxsus rol oynayırlar. QDİƏT ölkələrinin qeyri-hökumət təşkilatları da bölgədə birgə reallaşdırdığımız transmilli enerji, nəqliyyat-kommunikasiya və digər sahələri əhatə edən böyük layihələrə, üzv ölkələrin bir-biri ilə ictimai-siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə öz dəyərli töhfələrini verə bilirlər.
Digər tərəfdən, son bir neçə ildə əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan nəinki qeyri-hökumət təşkilatlarının, həmçinin bir çox faktorlar üzrə regional, hətta qlobal mərkəzə çevrilməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilir. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq əlaqələrini durmadan genişləndirir. Bununla, ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də, ölkəmizə olan etimadı artırır.
Azərbaycanın qlobal mərkəzə çevrilməsini göstərən ən bariz cəhətlərdən biri ölkədə keçirilən çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərdir. Təkcə COP 29 u qeyd etməyimiz yetərlidir ki, belə beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadimi, ayrı-ayrı sahələr üzrə ekspertləri, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edəcəklər. Bu o deməkdir ki, Azərbaycanın şəhərləri, xüsusən də paytaxt Bakı qlobal problemlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməkdədir. Məhz bu faktı əsas tutaraq digər platformalar kimi Qara Dəniz ölkələri ilə qarşılıqlı və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi də müsbət və uğurlu qərar hesab edilə bilər.
Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İslahatçı Qadınlar və İnnovasiyalar" İctimai Birliyi tərəfindən həyata keçirilən “Qadınlar Sülh uğrunda” layihəsi çərçivəsində hazırlanıb.
Məqalədə əks olunan fikirlər ictimai birlliyə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.






