Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubov Lənkəran Dövlət Universitetində (LDU) olub. Hörmətli qonağı LDU-nun rektoru, professor Natiq İbrahimov qəbul edib.
QHT.az xəbər verir ki, görüşdə professor Natiq İbrahimov son illərdə LDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, dünya standartlarına uyğunlaşdırılması, rəqabət qabiliyyətliliyinin artırılması, qarşıda duran hədəflər, universitetin son illərdə beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərdən və perspektivlərdən danışıb.
LDU-nun rektoru, professor Natiq İbrahimov və QS-in regional direktoru Sergey Xristolyubov Lənkəran Dövlət Universiteti ilə QS arasında universitetin “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək məqsədilə əməkdaşlıq müqaviləsi imzalayıblar.
Məlumat üçün bildirək ki, “QS Stars” beynəlxalq səviyyədə tanınmış keyfiyyət nişanıdır.






