Bakı Ali Neft Məktəbində FİSO Beynəlxalq ingilis dili olimpiadası üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib.
QHT.az xəbər verir ki, yarışmaya qatılaraq ingilis dili bacarıqlarınızı, analitik düşüncə və problemhəlletmə qabiliyyətlərini inkişaf etdirən qaliblərin siyahısında Şəhid polkovnik Vüqar Yusifovun oğlu -Yusifzadə Yusifin də adı yer alıb. Yusif yarışmada 3-cü yeri qazanaraq, bürünc medala layiq görülüb. Yusif övladımızı təbrik edir, təhsilində böyük uğurlar arzu edirik!
Qeyd edək ki, dünyanın 38 ölkəsi tərəfindən rəsmi olaraq tanınan Beynəlxalq İngilis Dili Yarışması- FISO –da bütün iştirakçılar Beynəlxalq sertifikat əldə ediblər.












