Gələn il Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) məşvərətçi statusuna malik QHT-lərinin forumunun keçirilməsi planlaşdırılır.
QHT.az azertag.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva bildirib.
O qeyd edib ki, qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatı, Asiya və Avropa arasında əməkdaşlıq formatı (ASEM) və Mərkəzi Asiya istiqamətində əlaqələrin inkişafı da nəzərdə tutulur.








