Beyləqanda avtomobil Baş Mil-Muğan kollektoruna düşüb, bir nəfər batıb.

 

QHT.az  bildirir ki, bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

 

Report-un xəbərinə görə, minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevdir.

 

Onun hərbçi olduğu bildirilir