Qlobal Cənub QHT Platformasının Katibliyinin nümayəndəsi Nədimə Rəhimli İordaniya Senatı tərəfindən xüsusi mükafata layiq görülüb. N.Rəhimli mükafatla bağlı öz fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Qürur və minnətdarlıq hissi ilə bildirirəm ki, İordaniya Senatı tərəfindən xüsusi mükafata layiq görülmüşəm. 

İordaniya Senatının üzvü, Senatın Komitə sədri Asia Abdel tərəfindən təqdim olunan bu təltif mənim üçün yalnız şəxsi nailiyyət deyil, eyni zamanda vətəndaş cəmiyyətinin, beynəlxalq əməkdaşlığın və xalqlar arasında dialoqun təşviqi istiqamətində gördüyümüz fəaliyyətlərin qiymətləndirilməsidir.

Azərbaycan ilə İordaniya vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq imkanlarının möhkəmlənməsinə töhfə verməyə bundan sonra da davam edəcəyəm".