“2024-cü il Şuşa şəhəri “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib, eləcə də “Heydər Əliyev Fondu”nun yaradılmasının isə 20 illik yubuleyidir. Gələn il həm də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bəhram Nəsibov həm Şuşa şəhəri, həm İslam dünyası, həm Ulu Öndər Heydər Əliyev cənablarının şəxsiyyəti və aparmış olduğu uğurlu siyasi kursu, yaratmış olduğu partiyanı, dövlətçiliyi, Azərbaycançılığı tərənnüm edən mahnı və marşlar yazıb”.

QHT.az-a açıqlama verən “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov səsləndirib. Onun sözlərinə görə, 2024-cü il prerzident seçkilərində Ali Baş komandan Zati-Aliləri İlham Əliyev cənablarına dəstək vermək məqsədi ilə bu mövzuları özündə ehtiva edəcək, əksəriyyəti hələ də ifa edilməmiş mahnı və marşlarından ibarət konsert proqramı təşkil etməyi planlaşdırırıq: “Yuxarıda sadaladığım mövzularla yanaşı konsert proqramında Azərbaycanın çiçəklənməsini əks edən əsərlər də səsləndiriləcək, ideoloji təbliğat isə konsert proqramında mədəniyyətlə siyasətin vəhdətini yaratmış olacaq. İctimai xadim Leyla Əliyevanın şeirlərinə, Azərbaycan folkloru əsasında və s. mövzularda yazdığım surrealist ssenarilərin (həmin ssenarilərdən biri haqqında məhşur kinorejissorumuz Ayaz Salayev rəy də yazıb) əsasında jurnallar, tamaşa hazırlamaq, gələcəkdə isə bədii və cizgi filmlərinin çəkilməsini layihələr formasında təşkil etməyi planlaşdırırıq. Digər planlarımız isə xarici ölkələrdə Azərbaycanın və Azərbaycançılığın musiqili təbliği ilə əlaqəlidir”.

 

Pərvanə Fərhadqızı