“Təşkilatımızın əsas məqsədi gənclərin intelektual səviyyəsinin artırılmasına kömək etməkdir. Təşkilatımızın üzərinə düşən məqsədlər var. Məqsədimizə çatmaq üçün müəyyən vəzifələr icra edirik. Onlardan gənclərin təhsilə, elmə meylinin artırılmasına kömək edirik. Maarifləndirmə işinin təşkilində fəaliyyət göstəririk. İstedadlı uşaqların, gənclərin təhsilə alınması, təhsilinin davam etməsinə köməklik edirik. Vətəndaş cəmiyyəti möhkəmlənməsi işində gənclərin rolunun artırılması, eyni zamanda gənclər arasında vətənpərvərliyi təbliğ etmək əsas məsələlərdən biridir. Onlar arasında milli- mənəvi dəyərlərin təbliği və qorunması əsas məsələlərimizdən biridir”.
Bu fikirləri “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Azər Əliyev QHT.az- a açıqlamasında bildirib. Əməkdar məşqçisinin sözlərinə görə, təşkilat 30-a yaxın layihə həyata keçirib. Onlardan 16-sı donorlar vasitəsilə, digərləri isə şəxsi təşəbbüslərlə icra olunduğunu da bildirən QHT sədri donorlar olaraq Azərbaycan Respublikasının Gənclər Fondu, eyni zamanda da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, indiki Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə çalışdığını da vurğulayıb.
Qeyd edək ki, təşkilat 1998-ci ildə qərb bölgəsində- Qazax rayonunda, eyni zamanda Ağstafa, Tovuz rayonlarında fəaliyyətinə başlayıb, rəsmi olaraq 2006- cı ildə qeydiyyatdan keçib. Gənclərlə fəaliyyət göstərir, onların sağlam həyat tərzinin təbliği, onların asudə vaxtlarının təşkilidir. Bu yöndə bir çox layihələr icra edib. QHT gənclərdə vətənpərvərlik hislərinin daha da möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, narkomaniyaya qarşı kütləvi tədbirlərin təşkili və s. kimi sahələrdə fəaliyyət göstərir.
Pərvanə Fərhadqızı












