ABŞ hökuməti fövqəladə ərzaq yardımı məqsədilə iki böyük maliyyə dəstəyi ayırdığını açıqlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) Catholic Relief Services təşkilatına 235 milyon ABŞ dolları, ABŞ Dövlət Departamenti isə Operation End Starvation təşkilatına maliyyə dəstəyi ayırıb.
Bu qrantlar ABŞ-nin humanitar təşkilatlara birbaşa milyonlarla dollar həcmində yardım göstərməsi siyasətinin davamıdır. Bundan əvvəl USDA Ümumdünya Ərzaq Proqramına (WFP) 452 milyon ABŞ dolları ayırmışdı.
Yeni vəsait ABŞ-də istehsal olunan ərzaq məhsullarının ciddi aclıq yaşayan Efiopiya və Sudana çatdırılmasına sərf olunacaq.






