Xəbərlər 18.06.2025 14:05 34

“Hüquq Hər Yaşda Hüquqdur” adlı maarifləndirici tədbir keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Xocavənd rayon üzrə nümayəndəsi Namazlı Elmirin təşəbbüsü, Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Hüquq Hər Yaşda Hüquqdur” adlı maarifləndirici tədbir keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloq, aparıcı məsləhətçisi Orxan Həsənli uşaqlarla hüquq mövzusunda maarifləndirici fikir və tövsiyələrini bölüşmüşdür.

Uşaq Səfirlər Məclisinin nümayəndəsi Namazlı Elmir çıxış edərək uşaqların hüquqlarının qorunmasının, onların fikirlərinə dəyər verilməsinin və cəmiyyətin fəal üzvü kimi formalaşmalarının vacibliyini qeyd etmişdir.

Tədbirdə digər uşaqlar da çıxış etmiş, hüquqlar mövzusunda fikirlərini bölüşmüş və hüquqi maariflənmənin əhəmiyyətinə dair düşüncələrini səsləndirmişdir. Tədbir gənclərin hüquqi biliklərinin artırılması və vətəndaş şüurunun formalaşdırılması baxımından mühüm təşəbbüs kimi qiymətləndirilmişdir.

Sonda isə “İnsan hüquqları nədir?” adlı maarifləndirici animasiya filmi nümayiş olunmuşdur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı