Xəbərlər 18.06.2025 19:52 51

Zenfira Mustafayeva: "İnsan hüquqları hər birimizin doğulduğu gündən malik olduğu toxunulmaz dəyərlərdir"

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva İnsan Hüquqları Günü ilə bağlı QHT.az-a açıqlama verib.

QHT sədri bildirib ki, insan hüquqları hər birimizin doğulduğu gündən malik olduğu toxunulmaz və ümumbəşəri dəyərlərdir və onların qorunması, təminatı və inkişaf etdirilməsi demokratik cəmiyyətlərin əsas prinsiplərindən biridir"

"1998-ci ildə  ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2007-il 18 iyun tarixi sərəncamı ilə"İnsan hüquqları Günü" kimi rəsmiləşdirilib. 1995-ci ildə qəbul efilmişAzərbaycan Respublikasının Konstitusiyasının İnsan hüquqları və azadlıqlarının,dövlətin ali  məqsədi kimi təsdiqlənib. Ölkəmizin İnsan hüquqlarının müdafiəsi istiqamətində bütün beynəlxalq konvensiyalara qoşulub və insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsində  mühüm addımlardan biri Ombudsman təsisatının yaradılması olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə qəbul edilən insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı bu sahədə ardıcıl siyasətin təməlini qoyub. Hazırda ölkəmizdə hüquqi dövlət quruculuğu prosesi və insan hüquqlarının qorunması üzrə səylər davam etdirilir."

Hazırda ölkəmizdə hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması üzrə səylərin davam etdirildiyini vurğulayan Zenfira Mustafayeva, 18 iyun İnsan Hüquqları Gününün, bu sahədə atılmış mühüm addımların, hüquqi inkişafın və demokratik cəmiyyətin quruculuğunun təntənəsi olduğunu qeyd edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı