Xəbərlər 18.06.2025 17:14 21

Nazir müavini Rəşad Mustafayev Xızı rayonunda vətəndaşları qəbul edib - FOTOLAR

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev iyunun 18-də Xızı rayonunda Xızı və Abşeron rayonlarının sakinlərini qəbul edib.

QHT.az xəbər verir ki, müraciət edənlər sırasında müharibə veteranları da olub.

R.Mustafayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı