Xəbərlər 23.06.2025 20:56 37

QHT könüllüləri üçün yoqa təlimləri təşkil edildi - FOTOLAR

"Regional İnkişaf” İctimai Birliyi tərəfindən 21 iyun – Beynəlxalq Yoqa günü münasibəti ilə Bakı, Gəncə şəhərlərində, Quba, İsmayıllı, Zaqatala, Bərdə və Ağstafa rayonlarında İctimai Birliyin könüllüləri üçün yoqa təlimləri təşkil edilib.

QHT.az xəbər verir ki, təlimlər peşəkar yoqa məşqçilərinin rəhbərliyi ilə açıq hava şəraitində baş tutub. Könüllülərə yoqanın stressin azaldılmasında, diqqətin və daxili tarazlığın gücləndirilməsində mühüm rol oynadığı barədə məlumat verilib.

Qeyd edək ki, təlimlər İctimai Birliyin könüllüləri arasında sağlam həyat tərzinin təşviqi, fiziki və zehni rifahın artırılması məqsədilə həyata keçirilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı