Xəbərlər 13.06.2025 20:54 64

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə infotur təşkil olunub - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxs və QHT nümayəndələrinin infoturu təşkil olunub.

Tədbir reabilitasiya vasitələri, eləcə də protez məmulatlarla təminat sahəsində görülən işlər və icra edilən layihələr barədə QHT-lərin daha ətraflı məlumatlandırılması, onların bu sahə ilə bağlı rəy və təkliflərinin öyrənilməsi məqsədi daşıyıb.

İnfotur iştirakçılarına məlumat verilib ki, postmüharibə dövründə Agentliyin reabilitasiya mərkəzlərində 3600 nəfər müharibə iştirakçısı, onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib və həmin xidmətlər bu gün də davam etdirilir. 

Həmçinin protez istehsalı sahəsində dünyanın qabaqcıl şirkətləri olan “Ottobock” (Almaniya) və “ÖSSUR” (İslandiya) şirkətləri ilə sıx əməkdaşlıq qurularaq, 493 hərbçi 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin olunub.

Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, əlillik sahəsində aparılan islahatlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlərlə bağlı razılıqlarını ifadə ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı