Xəbərlər 21.05.2025 15:35 59

QHT sədri Brüsseldə Avropa Komissiyası nümayəndəsi ilə görüşüb

Brüsseldə keçirilən səfəri zamanı İslahatçı qadınlar və innovasiyalar ictimai birliyinin sədri Vüsalə Hüseyinli Avropa Komissiyasının Neighbourhood and Enlargement Negotiation (DG NEAR) Direktorluğunun İdarəetmə sektoru üzrə rəhbəri Radika Nüssdorfer ilə görüşüb.

QHT.az xəbər verir ki, görüşdə Brüsseldə gələn ay keçiriləcək tədbir barədə fikirlər mübadiləsi aparılıb. Görüşdə əsasən tədbirin təşkilatçılığı və hazırlıqları müzakirə olunub. Həmçinin, idarəetmə və qonşuluq genişlənməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki,  Vüsalə Hüseyinli İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri olaraq, qadınların sosial və iqtisadi həyatda daha güclü bir yer tutmalarına dəstək olmaq məqsədilə müxtəlif layihələr həyata keçirir. Həmçinin Azərbaycan daxilində və xaricində qadınların təşəbbüslərini dəstəkləyərək onların iqtisadiyyatda daha təsirli olmasını təmin edən platformalar yaratmağı hədəfləyir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı