Xəbərlər 21.05.2025 16:00 34

Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində modelyer-dizayner təliminə cəlb olunmuş eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edilib. 

 

Qurama və keçə sənətinin məişətdə tətbiqinə həsr olunan ustad dərsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xalq sənəti üzrə ustası Afaq Cəlilova tərəfindən keçilib. 

İştirakçılar bu sənətlərin tarixi və sirlərini yaxından öyrənmək imkanı əldə ediblər. Əlilliyi olan gənclər müxtəlif əl işlərinin hazırlanması prosesində birbaşa iştirak edərək bacarıqlarını artırıblar.

 

Təlimin məqsədi eşitmə və nitq məhdudiyyətli gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onları tətbiqi sənətin incəliklərinə cəlb etməklə peşə vərdişlərinin inkişaf etdirilməsi və sosial reabilitasiyasıdır. 

Eşitmə və nitq məhdudiyyətli gənclər üçün modelyer-dizayner təlimləri Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi ilə “Karlara Dəstək” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil edilir.

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı