Xəbərlər 21.05.2025 17:05 46

“Komanda işi və liderlik bacarıqları” mövzusunda silsilə təlimlər keçirilir - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən Könüllülük Proqramının “Şəbəkələşmə ayı” çərçivəsində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən könüllüləri üçün “Komanda işi və liderlik bacarıqları” mövzusunda silsilə təlimlər keçirilir.

QHT.az xəbər verir ki, Quba rayonunda Ceyhun Fərzəliyev tərəfindən keçirilən “Liderlik və komanda quruculuğu” adlı növbəti təlimdə iştirakçılara effektiv liderlik bacarıqları və güclü komanda qurma yolları, liderlik stilləri, komanda dinamikası, ünsiyyət və motivasiya texnikaları praktiki tapşırıqlar və interaktiv fəaliyyətlərlə təqdim olunub. Növbəti təlim Lalə Quliyeva tərəfindən Qazax rayonunda keçirilib. Könüllülər uğurlu komandanın əsas xüsusiyyətləri, rol bölgüsü, lider və menecer arasındakı fərqlər, müasir liderin xüsusiyyətləri mövzularında biliklər əldə ediblər.

Rəşad Qurbanov tərəfindən Sabirabad rayonunda “Komandanın qurulması və idarə edilməsi” mövzusunda keçirilən təlimdə isə iştirakçılara komanda dinamikası, liderlik modelləri, effektiv ünsiyyət, qərarvermə və zamanın idarə olunması mövzularında nəzəri və praktiki biliklər təqdim olunub.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən keçirilən təlimlərin əsas məqsədi könüllülərin birgə fəaliyyət bacarıqlarını inkişaf etdirmək, liderlik keyfiyyətlərini gücləndirmək və onların sosial təşəbbüslərdə daha fəal iştirakını təmin etməkdir. Proqram çərçivəsində keçirilən sessiyalar, gənclərin komanda daxilində effektiv əməkdaşlıq etmə, təşəbbüskarlıq nümayiş etdirmə və məsuliyyət paylaşımı kimi mühüm bacarıqlarını artırmağa yönəlib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı