Alimlər ağılları oxuyan protez yaradırlar
Rusiyanın Belqorod Dövlət Universitetinin alimləri düşüncə gücü ilə idarə olunan yeni nəsil bionik protez əl hazırlayıblar.
QHT.az xəbər verir ki, bu texnologiya İlon Maskın sistemlərindən fərqli olaraq, beyinə elektrod implantasiyasını tələb etmir və tamamilə təhlükəsizdir. Alimlərin sözlərinə görə, protez beynin motor korteksində aktivləşən neyronların səbəb olduğu infraqırmızı işıq udulma fərqlərinə əsaslanaraq idarə olunur. Protezə nəzarət, beyinə yönəlmiş infraqırmızı şüalar və bu şüaların udulma səviyyəsini ölçən xarici sensor vasitəsilə həyata keçirilir. Bu üsul, neyron aktivliyini müəyyən edərək istifadəçinin hansı hərəkəti yerinə yetirmək istədiyini təyin etməyə imkan verir.
Hazırda bu texnologiya vasitəsilə əlin açılıb-bağlanması kimi əsas funksiyalar mümkündür. Gələcəkdə isə barmaq hərəkətləri, pincer tutuşu və incə motor bacarıqları əlavə ediləcək. Alimlər bionik ayaq protezləri üzərində də işləməyi planlaşdırırlar.
R.İmanov