Xəbərlər 14.05.2025 12:10 58

Yer hücuma məruz qalır

Mayın 17-də “sürüşən” maqnit qasırğası gözlənilir.

QHT.az xəbər verir ki, mayın 13-də Günəşin qərb hissəsində X1.2 gücündə günəş alışması baş verib. Bu, 2025-ci ildə qeydə alınan yeddinci və ən güclü üçüncü X-sinif alışmadır. Alışma UTC vaxtı ilə 15:25-də başlayıb və 15:44-də sona çatıb. Nəticədə tac kütləsi atılması müşahidə edilsə də, Yerə birbaşa təsir gözlənilmir. Lakin radiotezlik pozuntuları xüsusilə Atlantik okeanı, Amerika, qismən isə Avropa və Afrikada hiss oluna bilər. Mayın 17-də zəif sürüşmə təsirləri mümkündür.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı