“Yaşıl könüllülər” üçün keçirilən vorkşoplar davam edir - FOTOLAR
Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində “yaşıl könüllülər” üçün keçirilən vorkşoplar davam edir.
QHT.a xəbər verir ki, Bakı şəhərində keçirilən növbəti vorkşopda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova tərəfindən iqlim dəyişikliyinin təsirləri, mövcud iqlim trendləri və iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri barədə interaktiv sessiya, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəliklərlə iş şöbəsinin aparıcı mütəxəssisi Surə Əliyeva tərəfindən isə özünüinkişaf və karyera planlamasına dair praktik məşğələlər təşkil edilib, şagirdlərə şəxsi məqsədlərin müəyyən olunması və gələcək karyera istiqamətlərinin planlaşdırılması üzrə məlumat verilib.
Qeyd edək ki, layihənin məqsədi məktəblilərin ekoloji savadlılığının artırılması, ekoloji məsələlərə qarşı həssas yanaşmanın formalaşdırılması, məsuliyyət hissinin gücləndirilməsi və şəxsi inkişaf bacarıqlarının dəstəklənməsidir.