Xəbərlər 03.05.2025 11:21 69

Qiymətləndiricilər Cəmiyyəti Hesabat-Seçki Konfransı keçirir

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) VIII Hesabat-Seçki Konfransını keçirir.

QHT.az “Report”-a istinadən xəbər verir ki, konfransda Cəmiyyətin son illərdəki fəaliyyəti ilə bağlı hesabat təqdim olunacaq. AQC-nin sədri, İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni üzvləri seçiləcək. Tədbir çərçivəsində qiymətləndirmə sahəsinin aktual problemləri və sektorun inkişaf perspektivləri müzakirə olunacaq.

Konfransda dövlət rəsmiləri, Milli Məclis deputatları, ictimai xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəklər. Həmçinin qiymətləndirmə sahəsində fəaliyyət göstərən ekspertlər və mütəxəssislərin də tədbirə qatılması nəzərdə tutulur.

 

Həmçinin, təşkilati məsələlər müzakirə olunacaq, hesabat məruzələri təqdim ediləcək, rəsmi qonaqlar çıxış edəcək və gizli səsvermə yolu ilə yeni rəhbərlik seçiləcək.

Konfransın sonunda Azərbaycan Qiymətləndiriciləri adından Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlanacaq.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı