Xəbərlər 22.04.2025 00:25 39

“Bakı Marafonu 2025” üçün könüllülərin hazırlıq prosesi uğurla davam edir - VİDEO

Müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş 500 namizəd 15–18 aprel tarixlərində Heydər Əliyev Mərkəzində keçirilən təlimlərdə iştirak etmişdir.

QHT.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan bu təlimlər zamanı iştirakçılara “Bakı Marafonu 2025”in ümumi konsepti, tədbirin məqsədi və miqyası təqdim olunmuşdur.

Təlimlərdə könüllülərin marafon günü yerinə yetirəcəyi vəzifələr, rol bölgüsü, iş prinsipləri, təhlükəsizlik qaydaları və digər vacib məqamlar ətraflı şəkildə izah edilmişdir. Təlimləri uğurla başa vuran 400 namizəd növbəti mərhələyə keçmək hüququ qazanmışdır.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı