Xəbərlər 21.04.2025 16:00 75

"Ermənistan Minsk qrupunu Fransanın müdaxiləsi üçün alət kimi saxlamağa çalışır" - Zaur İbrahimli / VİDEO

YENİ TV-də yayımlanan “Ermənistanın Minsk qrupu israrı” mövzusuna həsr olunmuş verilişin qonağı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli olub. Verilişi jurnalist Elnur Abdulqədir aparıb.

QHT.az xəbər verir ki, Zaur İbrahimli bildirib ki, Ermənistanın Minsk qrupunun bərpasında israr etməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu, Fransanın Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsinə hüquqi və siyasi zəmin yaratmaq cəhdidir: “Ermənistan Minsk qrupunu bir mexanizm kimi Fransanın maraqlarına xidmət edəcək alət olaraq qoruyub saxlamaq istəyir. Bu qurum illər boyu elə Ermənistanın maraqlarına uyğun şəkildə fəaliyyət göstərib. Avropa diplomatiyası da, xüsusən Fransa, çox vaxt Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgiləyib.”

Zaur İbrahimli əlavə edib ki, Minsk qrupunun uğursuzluğunun başlıca səbəblərindən biri Fransa diplomatiyasının tərəfkeş yanaşması olub: “Fransa diplomatiyası bir çox hallarda Azərbaycana qarşı sərt mövqedə dayanıb. Ermənistan hakimiyyətinin də davamlılığı və güclənməsi müəyyən mənada Fransanın siyasi dəstəyindən asılıdır.”

Ekspertin fikrincə, rəsmi İrəvanın bu məsələdə nə qədər sərbəst qərarvermə hüququna malik olması da sual altındadır, çünki çox vaxt istədikləri mövzularda Parisdən də razılıq ala bilmirlər.

Daha ətraflı videoda:

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı