Xəbərlər 21.04.2025 11:59 168

Zülfiyyə Nuriyeva: “Əlçatanlığın artırılması üçün dəstək olacağıq”

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında seçkidə qazandığı qələbəyə görə dəstək göstərən həmkarlarına, QHT rəhbərlərinə və üzvlərinə təşəkkürünü bildirib.

QHT sədri qeyd edib ki, İctimai Şuranın əsas prioritetlərindən biri əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş təşəbbüslər olacaq:

“Əhali arasında özünəməşğulluq və məşğulluq proqramlarının təbliğatını genişləndirəcək, onların bu imkanlara əlçatanlığını təmin etmək üçün dəstək olacağıq. Bu, xüsusilə də ucqar kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək. ƏƏSM Nazirliyinin elektron xidmətləri barədə cəmiyyətin maarifləndirilməsi də vacib məsələlərdəndir. Təşkilat olaraq bu sahədə maarifləndirmə işləri aparmışıq və bu fəaliyyətimizi İctimai Şura çərçivəsində daha da genişləndirəcəyik. Hər bir vətəndaş Nazirliyin xidmətlərindən istifadə etməli, layihələrin məqsədindən xəbərdar olmalıdır.”

Zülfiyyə Nuriyeva əlavə edib ki, vətəndaş cəmiyyətinin üzərinə düşən məsuliyyət ƏƏSM Nazirliyinin həyata keçirdiyi sosial layihələri xalqa çatdırmaq, onların məmnunluğunu və rifahını təmin etməyə töhfə verməkdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı