Xəbərlər 18.04.2025 14:32 94

“Son müsabiqədə rekord sayda – 915 QHT layihə təqdim edib” - Aygün Əliyeva

Bu gün keçirilən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 4 illik fəaliyyətinə dair mətbuat konfransında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son qrant müsabiqəsində rekord göstərici qeydə alınıb.

Onun sözlərinə görə, ümumilikdə 915 qeyri-hökumət təşkilatının layihəsi Agentliyə təqdim olunub.

“Son iki ildə təqdim edilən layihələrin keyfiyyəti xeyli artıb. 2023-cü ildə yeni qrant müsabiqəsi qaydalarının tətbiqi və elektron xidmətlər portalının istifadəyə verilməsi bu sahədə dönüş nöqtəsi oldu,” – deyə A.Əliyeva vurğulayıb.

O əlavə edib ki, Agentlik şəffaflıq, hesabatlılıq və səmərəlilik prinsiplərini əsas tutaraq fəaliyyətini daha da təkmilləşdirir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı