Xəbərlər 17.04.2025 13:25 94

Qəhrəman şəhidimiz Asif Rəhimovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asif Rəhimov 17 aprel 1993-cü ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2011-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2020-ci ilin yanvar ayından etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 3 noyabr tarixində Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Asif Rəhimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı