Azərbaycanın Milli Qəhrəmanı - şəhid Valeh Müslümovun anım günüdür
Valeh Müslümov 1968-ci ilin 2 sentyabr tarixində Lerik rayonunda anadan olub.
QHT.az xəbər verir ki, o, 1986-1988-ci illərdə orduda müddətli həqiqi hərbi xidmətdə olub və 1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edib. 1992-ci il aprel ayının 10-da Tərtər istiqamətində gedən döyüşdə qəhrəmanlıq göstərib, qeyri-bərabər döyüşdə yaralanıb, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb və şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Ruhu şad olsun!