Xəbərlər 18.04.2025 12:00 87

Sadiq Qurbanov: “Akademik Zərifə Əziz qızı Əliyeva böyük alim və nəcib insan idi” 

Görkəmli alim akademik Zərifə xanım Əliyevanın anım günü münasibəti ilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlama verib.

Onun sözlərinə görə, akademik Z.Əliyeva həyatı və fəaliyyəti hamımız üçün bir nümunədir:

"O, həm alim həm ana. Həm də həyat yoldaşı kimi mükəmməl qadındır.O, Azərbaycan xanımının ən gözəl nümunəsidir. Təsadüfi deyil ki, onun xatirəsi həmişə ehtiramla yad edilir. Prezident İlham Əliyevin anası haqqında dediyi aşağıdakı fikirləri böyük sevginin təzahürüdür. İlham Əliyev: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı