Xəbərlər 11.04.2025 10:05 232

“Proses şəffaf və qanuna uyğun həyata keçirildi” – Anar Xəlilov/ FOTOLAR

"Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Anar Xəlilov Ağdərə rayonunun Həsənriz kəndinə köçlə bağlı keçirilən püşkatma mərasimi barədə fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, QHT sədri Dövlət Komitəsində keçirilən püşkatma mərasimində iştirak etdiklərini bildirib: “İctimai Şura olaraq biz də bu mərasimdə iştirak etdik. Vətəninə dönən keçmiş məcburi köçkünlərin sevinc hissini izləmək çox xoş idi”, – deyə o qeyd edib.

Anar Xəlilov bildirib ki, vətəndaşlar doğma yurdlarına qayıtdıqları üçün Ali Baş Komandana və ordumuza dərin minnətdarlıqlarını ifadə edib, şəhidlərin ruhuna dualar oxuyublar. Onlar, eyni zamanda, köç prosesinin təşkilinə görə Dövlət Komitəsinə təşəkkürlərini çatdırıblar.

İctimai Şura olaraq prosesə nəzarət etdiklərini vurğulayan QHT sədri bildirib: “Biz də İctimai Şura olaraq püşkatma mərasimini müşahidə etdik və qanuna müvafiq şəkildə şəffaf keçirildiyini təsdiqləyirik.”

 

Pərvanə Fərhadqızı

QHT.az

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı