Sosial Xidmət Mərkəzinin uşaqları üçün oyun terapiyası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərindən yararlanan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün oyun terapiyası təşkil edilib.
Psixoloji oyunlar və incəsənət terapiyası vasitəsilə uşaqların sosial və emosional bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirilib.
Tədbirdə iştirak edən valideynlər də xüsusi olaraq qrup terapiyasına cəlb olunublar. Qrup terapiyası valideynlərin bir-biri ilə təcrübə mübadiləsi aparması, qarşılaşdıqları çətinliklərə yeni yanaşmalar tapması, həmçinin daxili komplekslərdən azad olmalarına dəstək vermək məqsədi daşıyıb.
Terapiya müddətində onların valideynlik bacarıqlarının inkişafına yönəlmiş çalışmalar da aparılıb.