Alimlər "işıqla idarə olunan" dərmanlar icad edib
Rusiya Texnoloji Universitetinin (RTU MIREA) alimləri bədəndə işıqla idarə olunan dərmanlar icad ediblər.
QHT.az xəbər verir ki, bu dərmanlar işığın təsiri altında quruluşunu dəyişərək, aktiv və qeyri-aktiv formalarda olur. Bu texnologiya dərmanların yan təsirlərini azaldacaq. Hazırda alimlər fotomüxtəlif molekullara əsaslanan ağrıkəsicilər və aritmiya müalicəsi dərmanları üzərində işləyirlər. Yeni metod ürək problemlərinin müalicəsində irəliləyiş və müsbət nəticələr vəd edir. Alimlər anesteziyanın hazırlanmasında ilk mərhələni başa vurub və heyvanlar üzərində effektivliyini sübut ediblər.
R.İmanov